AMEA-nın İnsan Hüquqları İnstitutunun adı dəyişdirildi

26.05.2016 19:28     Sosreaksiya     1041

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun Hüquq və İnsan Haqları İnstitutu adlandırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, AMEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu Hüquq və İnsan Haqları İnstitutu adlandırılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Şərhlər

Çox oxunanlar