Allahşükür Paşazadə: "Yalnız bu təqvimdən istifadə olunmalıdır"

26.05.2016 19:34     Sosreaksiya     1376

"Azərbaycanda ramazan ayı ilə bağlı yalnız Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tərtib edilən təqvimdən istifadə olunmalıdır".

Reaksiya.info Trend-ə istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, bəzən kənardan düzgün olmayan təqvimlər gətirirlər: "Bu təxribatdır, bütün dindarlar diqqətli olmalıdır, bu istiqamətdə müvafiq dövlət qurumları ilə əməkdaşlıq etməlidirlər".

QMİ sədri bildirib ki, bəzi qüvvələr Azərbaycanda məzhəb ayrı-seçkiliyi yaratmağa, sabitliyi pozmağa çalışırlar: "Biz hər birimiz diqqətli olmalı, bu cür qüvvələrə imkan verməməliyik".

A.Paşazadə deyib ki, ramazan ayında oxunan moizələrdə dini məsələlərlə yanaşı, vətənpərvərlik də təbliğ olunmalıdır.

Şərhlər

Çox oxunanlar