İctimai Birlik 3, 102 və 157 nömrəli orta ümumtəhsil məktəblərində Respublika Günü ilə bağlı tədbirlər keçirib - FOTOLAR

27.05.2016 09:00     Sosreaksiya     1326

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Əsgər Ailələrinə Dəstək İctimai Birliyi “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” adlı layihənin növbəti tədbirlərini icra edib.

Əsgər Ailələrinə Dəstək İctimai Birliyi Binəqədi rayonunda yerləşən 3, 102, 157 nömrəli orta ümumtəhsil məktəblərində 28 may Respublika Günü ilə bağlı tədbirlər keçirib. İctimai Birliyin sədri, layihənin rəhbəri Mətanət Əsgərqızı Şərqdə yaranan ilk Demokratik Respublikanın yaradıcılarından söz açıb.

O, qeyd edib ki, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti bu günümüz üçün böyük vətənpərvərlik məktəbi qoyub. Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin layihəyə töhfəsi olan “ Cümhuriyyət ”, "Adsız Qəhrəmanlar" silsiləsindən şəhid Natiq Qasımova həsr olunmuş filmlərə baxıblar. Daha sonra diskussiyalar keçirilib. Şagirdlər həmin dövrlə bağlı onları narahat edən müxtəlif suallar verərək Cümhuriyyətin süqutunun səbəbləri ilə maraqlanıblar. Şəhid Natiq Qasımov kimi qəhrəman olmağı arzuladıqlarını dilə gətiriblər.

3 saylı məktəbin direktoru Natəvan Əsədova, 102 saylı məktəbin direktoru Mailə İsmayılova və 157 saylı məktəbin direktoru Gülayə Səttarova maraqlı tədbirin keçirilməsinə görə minnətdarlıqlarını bildiriblər. Belə tədbirlərin keçirilməsi gənclərin vətənpərvərlik tərbiyəsində ,vətəndaş kimi yetişmələrində müsbət rol oynadığını vurğulayıblar.

Qərara alınıb ki, layihənin davamı kimi yeni dərs ilində belə tədbirlər keçirilsin. Layihədə fərqlənən şagirdlərə müxtəlif hədiyyələr, Azərbaycan tarixini əks etdirən boşqablar, bayraqlar, döş nişanları bağışlanıb.

Şərhlər

Çox oxunanlar