İPTA Alternativ dərsliklərlə bağlı layihəyə start verdi

27.05.2016 15:29     Sosreaksiya     961

       “İctimai Problemlərin Tədqiqi Assosiasiyası” (İPTA)  İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Alternativ dərsliklərlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan təhsil sisteminə tətbiqinə dəstəyin verilməsi” adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi Azərbaycan təhsilinin inkişafına kömək etmək, dərsliklərdə olan çatışmazlığı aradan qaldırmaq üçün alternativ dərsliklərin tətbiqnə dəstək verməkdir. Tədbir çərçivəsində Bakı şəhərinin təhsil müəssisələrində 6, regionlarda isə 4 seminar keçirilməsi planlaşdırılır.

      Assosiasiya ilk tədbirlərini Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU)  “Biznes idarəçiliyi”,“Xidmət mühəndisliyi”, “Turizm və qonaqpərvərlik” fakültələrinin, həmçinin ATMU Bakı Turizm Peşə məktəbinin müəllim və tələbə kollektivi ilə keçirib.

      Tədbirlərdə Assosiasiyanın sədri t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı, tarix üzrə elmlər doktoru Minaxanım Əsədova məruzələrlə çıxış ediblər. Məruzəçilər alternativ dərsliklərlə bağlı beynəlxalq təcrübə barədə tədbir iştirakçılarına məlumat vermiş, ölkədə olan dərslik problemi barədə faktları açıqlamışlar. Məruzələr ətrafında müxtəlif ixtisaslardan dərs deyən müəllim və tələbələr dəsliklərdə olan problemlər və alternativ dərslilər barədə öz fikirlərini bildirmişlər. Bundan əlavə tədbir iştirakçıları arasında problemlə bağlı rəy sorğusu keçirilib.

      Növbəti tədbirlər Azərbaycan Dövlət Pedaqoji Kollecdə və Bakı Qızlar Universitetində keçirilməsi planlaşdırılır.

Şərhlər

Çox oxunanlar