Bakıda polis polkovnik-leytenantı parkda öldü

27.05.2016 16:09     Sosreaksiya     1387

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycanda polis yüksək vəzifəlisi parkda dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsində baş inspektoru, polis polkovnik-leytenantı  Ceyhun Həsənov səhər saatlarında Nərimanov rayonu ərazisindəki Dədə Qorqud parkında idman edərkən qəfildən halı pisləşib. Yerə yıxılan polkovnik-leytenantın başı daşa dəyib və o, dünyasını dəyişib. 

Dərhal hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb edilsə də, onun öldüyü məlum olub.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər