"Azerspace-2"nin orbitə buraxılacağı vaxt AÇIQLANDI

27.05.2016 17:01     Sosreaksiya     1728

Hazırda "Azerspace-2" peykinin istehsal prosesi gedir və peykin 2017-ci ildə obitə göndərilməsi planlaşdırılıb. Digər bir maraqlı layihə isə nanopeyklərin istehsalı ilə bağlıdır.

Bu istiqamətdə "Azərkosmos" ilə Milli Aviasiya Akademiyası əməkdaşlıq edir və artıq tələbə peyki olan "CanSat" layihəsinin icrasına başlanılıb.

Reaksiya.info oxu.az-a istinadən bildirir ki, bu sözləri Rabitə və Yüksək Texnologiyaları naziri Ramin Quluzadə "The Business Year" jurnalına müsahibəsində deyib.  

"Vacib məsələlərdən biri də milli kadrların hazırlanmasıdır. Məmnuniyyətlə qeyd etmək istəyirəm  ki, hazırda "Azerspace-1" peyki yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur.

Ümumilikdə onu deyə bilərəm ki, hazırda ölkəmiz üçün yeni olan kosmik sənaye bütün aspektlər üzrə paralel şəkildə inkişaf edir və peyk xidmətlərinin təşkili uğurlu səviyyəyə çatıb", - deyə nazir əlavə edib.

Şərhlər

Çox oxunanlar