Azərbaycanın bir neçə kəndi işıqsız qaldı - FOTOLAR
27.05.2016 18:06 Sosreaksiya 877
Buna ötən gecədən başlayan qasırğa səbəb olub.
Ölkəmizdə bir neçə kənd işıqsız qalıb. ANS PRESS-ə daxil olan məlumata görə, bu kəndlərdən biri də Tovuzun Qalaboyun kəndidir.
Şikayətçi Seymur Qasımov deyir ki, ötən gecədən kəndin bütün evlərində işıq problemi yaşanır. İşıq yalnız kənddə fəaliyyət göstərən bir məktəbə verilib, yerdə qalan evlər isə tamamilə işıqsızdır.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin katibi Tanrıverdi Mustafayev bildirdi ki, ötən gecədən başlayan qasırğa nəticəsində elektrik xətləri qəza vəziyyətinə düşüb.
"Ən çox qəza vəziyyətinə düşmüş xətlərimiz Gədəbəy və Tovuzun dağ kəndlərində olub. Buna görə həmin kəndlər ötən gecədən işıqsız qalıb. Amma əməkdaşlarımız kəndlərdə olub, yaranmış problemi aradan qaldırmağa çalışıblar. Artıq bir çox kəndlər işıq ilə təmin olunub. Bəzi kəndlər, o cümlədən Qalaboyun kəndində işlər davam edir, işıq həmin kəndə axşama kimi veriləcək".
Qurum rəsmisi adıçəkilən kənddə yalnız məktəbin işıqla təmin olunması məsələsinə də aydınlıq gətirərək qeyd etdi ki, xətlər bərpa edilənə qədər təcili məktəbə işıq verilişi bərpa olunub.
Şərhlər