`Yalançı müsahibə düzəltmək...` - Deputatdan xəbərdarlıq - VİDEO

27.05.2016 18:45     Sosreaksiya     1129

Mətbuat Şurasının sədri Əflatun Amaşov Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə 32 yaşlı ingilis dili müəlliməsinin həmin məktəbin şagirdi 18 yaşlı Cəlilə qoşulub qaçmasına, həmçinin Şamaxıdakı hadisəyə münasibət bildirib. 

 

AzVision.az xəbər verir ki, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bu cür hadisələrin işıqlandırılmasında jurnalistləri məsuliyyətli olmağa çağırıb: 

“Baş verən olayları mətbuatda biz əks etdiririk. Eyni zamanda hadisələrin hara getməsi ilə bağlı bir məsuliyyət daşıyırıq. Məsələn, hər hansı bir hadisə ilə bağlı jurnalist məlumat verir, ancaq o hadisənin fəsadları ilə bağlı məsuliyyəti jurnalist daşıyır.

Hər hansı bir qadının özündən 10 yaşlı kiçik insanla evlənməsi normaldır. Bu, onların öz şəxsi həyatlarıdır. Mətbuat bu sayaq məqamlarda çox diqqətli, həssas olmalıdır.

Məsələn, Şamaxıda baş verən hadisə. Hadisənin mahiyyətinə varmadan, o hadisənin necə baş verdiyini bilmədən, qızla bağlı yalançı müsahibə düzəltmək, onun dilindən açıqlamalar vermək, həmin məqamları ictimaiyyətə çatdırmaq bunlar medianın təcrübəsizliyindən doğur”.

Ə.Amaşov qeyd edib ki, hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırıldıqdan sonra kiçik bir məlumat verə bilər.

“Ancaq onların adlarının hallandırılması birmənalı qaydada Azərbaycanda qüvvədə olan qanunlara zidd olan hərəkətlərdir. Azərbaycan jurnalistlərinin qəbul etdiyi peşə-davranış qaydalarına zidd hərəkətlərdir”.

Şərhlər

Çox oxunanlar