Körpəsini öldürən anaya şok cəza - 10 ay
27.05.2016 19:19 Sosreaksiya 1246
Rostovda körpəsinə araq içirərək öldürən anaya 10 ay həbs cəzası verilib
Rostov Vilayət Məhkəməsində körpəsini alkoqollu içki ilə öldürən anaya hökm oxunub.
Məhkəmə materialında bildirilir ki, qadın 2 aylıq körpəsinə verdiyi südün içərisinə müntəzəm olaraq araq qatırmış.
Məhkəmə ekspertizasının nəticələrinə görə körpə ciyər xəstəliyi və intoksikasiya nəticəsində həyatını itirib.
Qatil anaya qarşı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsinin birinci bəndi üzrə (ehtiyatsızlıqla ölümə səbəb olma) cinayət işi açılıb.
Qadın 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Qatil qadına verilən yüngül cəza hüquq müdafiəçilərini ayağa qaldırıb.(ölke.az)
Şərhlər