Azərbaycanda hərbi qulluqçular və kursantların geyim və ləvazimatlarla təmin edilməsinə dair yeni normalar müəyyənləşdirilib

28.05.2016 18:49     Sosreaksiya     2035

Azərbaycanda hərbi qulluqçular və kursantlar hərbi geyim forması və ləvazimatlarla  yeni normalara əsasən təmin ediləcəklər.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin və təşkilatlarının şəxsi heyətinin hərbi geyim forması ilə və ləvazimatlarla təmin edilməsi normaları”nı təsdiq edib.

 

Müvafiq olaraq  Nazirlər Kabinetinin  “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi hissələri, hərbi təhsil müəssisələri və təşkilatlarının şəxsi heyətinin hərbi geyim və əşya əmlakı ilə təminat normaları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 20 oktyabr tarixli 135 nömrəli qərarı ləğv edilib. 

Şərhlər

Çox oxunanlar