İsmayıllıda canavarlar kəndə hücum etdi - bir nəfər yaralandı - YENİLƏNİB - VİDEO

31.05.2016 19:01     Sosreaksiya     1390

İsmayıllının Mücəftəran kəndində Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyun 4 canavarın hücumuna məruz qalıb.

Reaksiya.info Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında kənd sakini Sahib Məmmədovun mal-qaranı naxırdan gətirən zaman baş verib. Canavarları qovmaq istəyərkən onların hücumuna məruz qalan Sahib Məmmədov əl, qol, çənə və boğazından ağır xəsarətlər alıb. Hadisə zamanı 6 baş qoyun tələf olub. Xəsarət alan mal-qaraya isə yerli baytar həkimlər tibbi yardım göstəriblər.

Hadisə zamanı xəsarət alan Sahib Məmmədov İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin müayinəsi və ilkin tibbi yardımından sonra  evə buraxılıb.

----------

11:28

İsmayıllı rayonunun Mücəftəran kəndi canavarların hücumuna məruz qalıb.

Reaksiya.info azvision.az-a istinadən bildirir ki, canavarlar qoyun sürüsünə və yerli sakinlərə hücum çəkib. Hadisə zamanı bir neçə qoyun tələf olub.

Kənd sakinləri arasında xəsarət alanlar da var. Canavarların hücumu zamanı yerli sakinlərdən birinin hər iki qolu və üz nahiyəsini parçalanıb, çənəsi isə bir neçə yerdən sınıb.

Hazırda həmin şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Sakinlər dəfələrlə kəndin ərazisində canavara rast gəldiklərini bildiriblər.

Şərhlər

Çox oxunanlar