Bakı Avrasiya Universitetində məzun günü qeyd edildi - FOTOLAR

31.05.2016 19:32     Sosreaksiya     1596

31may 2016-cı il tarixdə Bakı Avrasiya  Universitetinin  I tədris korpusunun qarşısında “Məzun günü” qeyd edilmişdir. Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri universitetin rektoru professor Nazim Hüseynli  açaraq bu il öz təhsillərini müvəffəqiyətlə başa vuran   tələbələri “Məzun günü” münasibətilə təbrik etdib. Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükütla yad edildikdən sonra, rektor   çıxışında, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğunda təhsilin inkişafı istiqamətində apardığı uğurlu konsepsiyadan danışdı və yenicə yaranmış müstəqil Azərbaycanın kadr potensialının artırılmasında,eləcədə yeni universitetlərin yaradılmasında ulu öndərin yorulmaz fəaliyyətini önə çəkərək, bu gün ulu öndər tərəfindən əsası qoyulmuş təməlin ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən davam etdirməsindən,eləcədə cənab prezidentin bu istiqamətdəki yorulmaz islahatlarından, elm və təhsilə, gənclərin inkişafına diqqət və qayğısı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirə qatılan professor Nazim Cəfərli,Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev,eləcədə millət vəkilləri Adil Əliyev , Hikmət Babaoğlu ,Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağızadə, Nərimanov rayon İdman İdarəsinin rəisi Nəcəf Novruzov məzunlara öz xeyir –dualarını verərək bu Ali Təhsil ocağının məzunlarının adlarının həmişə yüksəkdən gəlməsini arzu etdilər.Tədbirdə söz alan Nərimanov Rayon İcar Hakimiyyətinin başçısının müavini İlqar Mirzəyev Bakı Avrasiya Universitetinin məzunu olduğunu qeyd edərək bu adla fəxr etdiyini qeyd etdi.Məzun törəninə qatılan  Fələstinin Azərbaycandakı səfiri Nasser A.Karen,İordaniya səfirliyinin Bakıdakı konsulu Saad Gazal eləcədə Liviya səfirinin müavini Mühammed Muara Bakı Avrasiya Universitetinin məzun törənində iştirak ediblər.

Tədbir tələbələrin çıxışları,Azərbaycanın milli rəqsləri,müğənni Sevda Yəhyayevanın gözəl ifaları ilə davam etdirildi.

Şərhlər

Çox oxunanlar