Bakı metrosunda cinayət

02.06.2016 12:11     Sosreaksiya     1058

Hadisəni törədən şəxs tutulub.

Bakı metrosunda vətəndaşa qarşı dələduzluq törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, Bakı şəhər sakini Əliəkbər Heydərov Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək metronun “Nizami” stansiyasında içərisində 150 manat və sənəd olan pul kisəsini itirdiyini bildirib.

Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən iyunun 1-də metronun “Memar Əcəmi” stansiyasında şübhəli şəxs kimi saxlanılmış Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Süleymanovun üzərinə baxış zamanı içərisində sənəd olan pul kisəsi aşkar edilərək götürülüb.

Araşdırma zamanı sənədin Əliəkbər Heydərova məxsus olması müəyyən edilib və R.Süleymanov izahatında qeyd edilən sənədi və pul kisəsini cari il may ayının 23-də metronun “Nizami” stansiyasında tanımadığı şəxsin cibindən oğurladığını bildirib.

Faktla bağlı araşdırma davam etdirilir.

Bundan əvvəl də metronun "28 May" stansiyasında oğurluq edən şəxs tutulub. Belə ki, aprelin 4-də metronun "28 May" stansiyasında Bakı şəhər sakini Elvira Cəfərovanın cibindən mobil telefon oğurlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən paytaxt sakini Fərid Ağaəliyev tutulub.

 

Şərhlər

Çox oxunanlar