Azərbaycan qulların sayına görə dünya ölkələri arasında 25-ci yerdədir
02.06.2016 12:14 Sosreaksiya 1002
Bu haqda "The Walk Free Foundation" hüquq-müdafiə təşkilatının hazırladığı hesabatda deyilir.
Azərbaycanda qul kimi işlədilən insanların sayı 45 000 nəfər və ya ölkənin ümumi əhalisinin 0,47%-ni təşkil edir. ANS PRESS-in məlumatına görə, bu haqda "The Walk Free Foundation" hüquq-müdafiə təşkilatının hazırladığı hesabatda deyilir. Bununla da Azərbaycan 167 ölkə arasında 25-ci yerdə qərarlaşıb.
Qeyd olunur ki, bu məlumatlar nikaha və ya əməyə məcbur edilən insanların üzə çıxarılması zamanı aparılan araşdırmalara əsaslanır.
Beynəlxalq təşkilatın məlumatına görə, müasir Rusiyada qulların ən böyük hissəsi keçmiş SSRİ ölkələrindən olanlardır. Qul sayına görə ön sıralarda olan ölkələrə Tacikistan, Özbəkistan, Azərbaycan, Qırğızıstan, Ukrayna və Şimali Koreya aiddir. Həmin ölkədən gələnlər daha çox kənd təsərrüfatında, tikiş fabrikində, kərpic zavodunda və şəxsi sexlərdə işləyənlərdir.
Saytın araşdırmalarına əsasən, ən çox qul Özbəkistandadır. Burada qulların sayı 1236600 nəfərdir. Azərbaycanda isə onların sayı 45000 nəfərə çatıb. Ən az qullar Moldovadadır. Onların sayı 10400 nəfərə bərabərdir.
Şərhlər