İctimai Birlik məktəblilərlə görüş keçirib - FOTOLAR

02.06.2016 13:54     Sosreaksiya     1329

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Əsgər Ailələrinə Dəstək İctimai Birliyi “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” adlı layihənin növbəti tədbirlərini icra edib.

Əsgər Ailələrinə Dəstək İctimai Birliyi Binəqədi rayonunda yerləşən 135 nömrəli orta ümumtəhsil məktəblərində tədbir keçirib. İctimai Birliyin sədri, layihənin rəhbəri Mətanət Əsgərqızı tədbiri  Əhməd bəy Ağaoğlunun "Millətçilik özlüyündə hörmətə layiq, hətta əzəmətli bir hadisədir. O hər bir xalqın həyatında labüddür. Mən belə düşünürəm ki, bəşər təkamülü tarixində insan qəlbinin dindən sonra ikinci böyük tapınağı millətçilikdir. O tarix boyu misilsiz hünərlər qaynağı olub və olacaqdır." sözləri ilə başlayıb.O, qeyd edib ki, XX əsrin əvvəllərində  Azərbaycan türkləri öz ərazilərində qətliama və ermənilər tərəfindən törədilən qırğınlara məruz qalıb. Azərbaycan Türkü əzilir, alçaldılır, onun torpaqlarından özgələr üçün dövlət yaradılması planlaşdırılırdı. Ruslar tərəfindən silahlandırılan ermənilər    İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız Azərbaycan türklərinə, dinc əhaliyə hücum edir, vəhşiliklər törədirdilər.1905-ci ildə  Bakı şəhərində Azərbaycanın görkəmli türkçü-ziyalısı Əhməd bəy Ağaoğlu tərəfindən "Fədai" adlı gizli bir cəmiyyət yaradılır. Bu, Azərbaycan Türkünün özünümüdafiə instinkti demək idi.

İctimai birlik sədri  qeyd edib ki, Fədailər ,daha sonra təşkilatın adı dəyişdirilərək Difai qoyuldu, onlar bu  günümüz üçün böyük vətənpərvərlik məktəbi qoyublar. Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin layihəyə töhfəsi olan “Difai ” filminə  baxış olub. Şagirdlərdən Gülşən Qasımzadə,  Məmləkət Əliyeva, Həqiqət Aslanzadə  həmin dövrlə bağlı suallar verərək,bu görüşün onlarda maraq doğurduğunu, bir gün bu tarixi mükəmmməl öyrənəcəklərinə söz verdilər. İctimai Birliyin sədri, layihənin rəhbəri Mətanət Əsgərqızı fərqlənən şağirdlərə müxtəlif hədiyyələr bağışladı.

Şərhlər

Çox oxunanlar