Qarabağda erməni əsgər öldürüldü
02.06.2016 16:06 Sosreaksiya 1398
Xoren Harutunyanın hansı şəraitdə öldüyü bilinmir.
Qarabağda daha bir erməni əsgər ölüb. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə təmas xəttinin şimal hissəsində - Dağlıq Qarabağdakı hərbi hissələrdən birində baş verib.
İyunun 2-də saat 09:15-də ordunun əsgəri, 1997-ci il təvəllüdlü Xoren Harutunyan ölümcül yaralanıb. Əsgər həyatını itirib.
Hadisənin səbəblərinin araşdırılması üçün təhqiqat aparılır.
Son dəfə Ermənistan ordusunda əsgər ölümü faktı 3 gün öncə qeydə alınıb. Əsgər 1997-ci il təvəllüdlü Suren Armen Mosiyanın Qarabağda naməlum şəraitdə qəfildən öldüyü bildirilir.
Həmçinin mayın 26-də Ermənistan ordusunda bir gün ərzində iki əsgərin ölməsi barədə məlumat yayılmışdı. Öldürülən Vaqe Yeqoyanın 10 ayın əsgəri olduğu bildirilirdi. Yeqoyanın ölümünə səbəb olan güllə 19 yaşlı əsgərin başından dəymişdi.
Daha sonra ordunun digər əsgəri Akop Qevorkyanın qətlə yetirildiyi barədə məlumat yayıldı. Araşdırmalar nəticəsində məlum olub ki, əsgər mayın 25-də öz xidmət yoldaşı Q.Kosoqoblyan tərəfindən öldürülüb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Kosoqoblyan əvvəl əsgər yoldaşı ilə mübahisə edib. Daha sonra onu döş qəfəsindən bıçaqlayıb.
Şərhlər