Niyə görə fevral ayı 28 gün çəkir? - Başına "it" oyunu açılmış 365 gün

02.06.2016 16:36     Sosreaksiya     2022

Əfsanəyə  görə,  bir zamanlar  fevral ayında hər il 29 gün olurdu. Bİr  gün Avqust Sezar fevraldan bir günü “oğurlayaraq” o zaman 30 gün olan avqusta (öz şərəfinə adlandırılan aya)  əlavə etdi.

Amma təbi ki, bu  bir  əfsanədir. Əslində fevral ayı əvvəllər də  hər il 28 gün olub. Bu ay Romalıların ağılına sonradan  gələn  bir şey idi. Miladdan öncə, 8-ci  əsrdə, ilin mart  ayında  başlayıb, dekabr  ayında  bitən, 10 aylıq  bir təqvimi var idi. Yanvar  və fevral ayları  yox  idi. O zaman  il  bu ayladan ibarət  idi:

Mart: 31 gün
Aprel: 30 gün
May: 31 gün
İyun:30 gün
İyul: 31 gün
Avqust: 30 gün
Sentyabr: 30 gün
Oktyabr: 31 gün
Noyabr: 30 gün
Dekabr: 30 gün

Bu rəqəmləri  cəmlədikdə bir ilin 304 gün olduğunu görürük. Çünkü o zaman qış  mövsümünün  bir adı  yox idi. Bu zamana  heç kəs  önəm vermədiyi  üçün  qış fəslindəki günlər aylara bölünməmişdi. İlin 61 günü demək olar ki, kənarda  qalırdı.

Kral Numa Pompilius  bunun çox avam düşüncə olduğunu bildirərək  qeyd  edir ki, “Madam ki ilin 6 ayıdan  birini heçə sayırıqsa, o zaman təqvimə nə ehtiac var ki?”

Beləcə,  bizim eradan əvvəl 713-cü ildə təxminən 355 günlük, yanvar  və  fevral aylaını da əhatə edən  bir təqvim hazırlandı.

Romalılar batil inanclara çox düşgün olduqları  üçün rəqəmlərə  diqqət yetirməyə başladılar. Aylardakı gün sayının cüt olması onlara  görə, uğursuluq  gətirəcəkdi. Amma  bir problem var idi. Deməli, gün sayı 355  olduğu üçün  1 ay mütləq  cüt rəqəmli olmalı idi. Cecil Adamsın “Madam ki, uğursuz ay olacaq, o zaman qısa olan ay olsun”  deyir. Beləliklə, təqvim bu cür hazırlanır:

Mart: 31 gün
Aprel: 29 gün
May: 31 gün
İyun: 29 gün
İyul: 31 gün
Avqust: 29 gün
Sentyabr: 29 gün
Oktyabr:31 gün
Noyabr: 29 gün
Dekabr: 29 gün
Yanvar: 29 gün
Fevral: 28 gün

355 günlük  təqvimdə  bəzi xətalar  var idi. Çünki ildə  gün sayları düz gəlmirdi. Əslində 365 gün olması  lazım olduğa halda,  təqvimdə 355 gün var idi. Bu minvalla  bir-neçə il  sonra fəsillərin yeri  dəyişəcəkdi. Ona  görə də, illər keçdikdən sonra “Mercedonius” adında 27 günlük bir sıçrama ayı əlavə edib, təqvimi  nizamlayırdılar. Qısası, ilin başına “it” oyunu açırdılar.

Bu vəziyyət hər zaman sıxıntı yaradırdı. Sıçrama ayı olduqca nəməlum qalırdı. Çünkü  bu ayı Romanın baş rahibləri ürəyləri istədiyi vaxtda müəyyən edirdilər.

Beləliklə, Yuli Sezar sıçrama ayını aradan qaldıraraq, təqvimi yenidən düzəldir. O, təqvmi günəşə görə nizamladı və hər aya  bir neçə gün əlavə etdi. Beləcə  bütün ayların günlərini  topladıqda 365 gün alındı. Fevral ayı isə olduğu kimi, 28 gün olaraq qaldı.

Fevral ayının 4 ildən bir  29 gün olması  isə, yerin günəş ətraflnda  tam dövrə  vurması ilə əlaqədardır. Bir il  365 gün 6 saat çəkir. Bu 6 saatlar 4 ildən bir 24 saat – yəni 1 gün edir. Ona görə də  4 ildən  bir  fevral ayı 29 gün olur.

Şərhlər

Çox oxunanlar