İnternat məktəbində "Əlifba bayramı" keçirilib

03.06.2016 14:56     Sosreaksiya     1006

2 iyun 2016-cı il tarixində Siyəzən şəhərümumi orta internat məktəbində I sinif şagirdləri əlifba bayramı keçiriblərr. Şagirdlər ilk öncə məktəbin içində təşkil olunan Ümummilli lider Heydər Əliyevlə bağlı stendi ziyarət edib, Ulu öndərin həyat və fəaliyyəti ilə tanış olublar. Bundan sonra Siyəzən şəhərümumi orta internat məktəbində birincilər bir birindən maraqlı səhnəciklər və rəngarəng konsert proqramı ilə valideyinləri qarşısında çıxış ediblər.
Tədbirdə internat məktəbinin direktoru Əminə Musayeva, diorektor müavini Sevda Mirzəyeva, həmin məktəbin uşaq birliyinin sədri Günay Mirzəyeva, müəllimlər və valideynlər çıxış edərək birincilərə uğurlu yol arzulayıblar. Birinci sinfin müəllimi Təranə Səfərəliyeva yekunda bu tədbirin təşkilində göstərdikləri köməkliyə görə məktəb rəhbərliyinə və valideynlərə öz minnətdarlığını bildirdi.

Şərhlər

Çox oxunanlar