Cavidin Rasimin ölümündən qabaqkı - Şok yazışması - FOTOLAR

04.06.2016 17:11     Sosreaksiya     2339

Jurnalist Rasim Əliyevin ölümündə təqsirli bilinən “Qəbələ”nin sabiq futbolçusu Cavid Hüseynovun qohumu Elşən İsmayılovla Vatsap yazışması yayılıb.

Axar.az xəbər verir ki, mesajlarda Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovun R.Əliyevlə görüşə getməsinə təkidlə mane olmağa çalışdığı əks olunub.

 

Cavid Hüseynov Rasim Əliyevi "söz ilə yerinə oturdacağnı", onun artıq üzr istədiyini, görüşə ehtiyac qalmadığını bildirir. E.İsmayılov təkid etdikdə isə görüşə özünün də gəlmək istədiyini yazmasından görünür ki, o, sona qədər insidentin baş verməməsinə çalışıb.

 

Sport7.az-ın məlumatına görə, Cavid Hüseynov R.Əliyevin döyülməsindən sonra Almaniyada yaşayan qardaşına yazdığı mesajlarında bibisi oğlunun onun başına iş açdığını bildirib.

 

Xatırladaq ki, Ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

 

Bununla bağlı Bakı Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, "Qəbələ" klubunun sabiq kapitanı C.Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

 

Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı keçən il dekabrın 22-də tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

2016-cı il aprelin 1-də keçirilən iclada hökm oxunub. Məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev, K.Mədətov 9 il, Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Çox oxunanlar