Xüsusi təyinatlılarımız təlimlərə başlayır

05.06.2016 15:13     Sosreaksiya     1788

Türkiyədə Azərbaycan, Gürcüstan və Bolqarıstan xüsusi təyinatlılarının iştirakı ilə hərbi təlimlər keçiriləcək.

 

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təlimlər 6-12 iyun tarixləri arasında baş tutacaq.

Məlumat əsasən təlimlərdə Türkiyənin Quru Qoşunları komandanlığına tabe olan Dağ Komando Məktəbi və Təhsil Mərkəzi Komandanlığının şəxsi heyəti Azərbaycan, Gürcüstan və Bolqarıstan xüsusi təyinatlıları ilə birgə hərbi manevrlər icra edəcəklər.

“Təlimlərin məqsədi ölkələrin xüsusi təyinatlıları arasında bilik və təcrübə mübadiləsini təşkil etmək, birlikdə işləməyi inkişaf etdirməkdir”, -deyə Türkiyə Ordusunun Baş Qərargahından məlumat verilib.

Şərhlər

Çox oxunanlar