“Aura kafe“də özbaşınalıq - hadisə
02.06.2015 18:51 Sosreaksiya 1533

Dənizkənarı bulvarda bir neçə gündür,qəbul olunan standartlara görə sadə çay 2 manat, mürəbbəli çay 3 manatdır. Amma elə indicə aldığımız məlumata görə, Dənizkənarı bulvarda yerləşən “Aura” kafesində sadə çay 2 manata, mürəbbəli çay isə 6 manata müştərilərə təklif edilir. Əməkdaşlarımız Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin təlimatını kafedə çalışanlara çatdırdıqda onlar “bizə belə əmr gəlməyib” – deyiblər.
Araşdırmalarımız davam edəcək
Şərhlər