"Darıxdığı üçün özünü asıb" - Qubadakı intiharın ilginc TƏFƏRRÜATI

07.06.2016 15:31     Sosreaksiya     1595

Quba rayonunun Nərimanovka kəndində yaşayan 30 yaşlı İlham Məmmədovun intihar səbəbləri məlum olub.

Milli.Az bildirir ki, Quba Rayon Prokurorluğundan aznews.az-a verilən məlumata görə, İ.Məmmədov yaşadığı kəndin mühitinə uyğunlaşa bilmədiyi üçün intihar edib: "İlham Məmmədov 4 il Rusiyada yaşayıb. Sonra oradan deportasiya olunub. Deportasiya olunduğu üçün yenidən Rusiyaya qayıda bilməyib. Kənd həyatına da uyğunlaşa bilməyib, darıxıb. Çıxış yolunu yaşamamaqda görüb və intihar edib".

Xatırladaq ki, Quba rayonunun Nərimanovka kəndində intihar hadisəsi qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü İlham Məmmədrahim oğlu Məmmədov qardaşının yeni tikilməkdə olan evinin ikinci mərtəbəsində özünü asaraq intihar edib.

Faktla bağlı Quba Rayon Prokurorluğu araşdırma aparır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar