Əli İnsanova yeni ittiham irəli sürülür - Açıqlama + Yenilənib

07.06.2016 16:08     Sosreaksiya     1332

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı yeni ittiham irəli sürülür. 

AzNews.az xəbər verir ki, bu barədə vəkil Namizəd Səfərov məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, sabiq nazir hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmədə ittiham olunur. 

Hüquq müdafiəçisi Namizəd Səfərov AzNews.az-a açıqlamasında bildirib ki, sabiq Səhiyyə naziri Əli İnsanov 1 saylı Bakı İstintaq Təcridxanasına aparılıb: “Təcridxanadan başqa bir vəkil gəlib və orada olanları bizə bildirib. O deyib ki, Əli İnsanova yeni ittiham irəli sürülüb. Guya hakimiyyət nümayəndəsinə qarşı müqavimət və zor tətbiq edib. 315-ci maddəyə görə, o, yenidən 3 il azadlıqdan məhrum edilə bilər. Amma ikinci bənd də əlavə olunsa, o 7-8 il azadlıqdan məhrum edilə bilər”.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Onu da bildirək ki, Ə. İnsanovun cəza müddətinin bitməsinə bir neçə ay qalıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar