“Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” adlı layihə çərçivəsində Mingəçevir şəhərində bir sıra tədbirlər keçirilib - FOTOLAR
10.06.2016 09:08 Sosreaksiya 1793
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Əsgər Ailələrinə Dəstək İctimai Birliyi “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” adlı layihənin növbəti tədbirlərini Mingəçevir şəhərində icra edib.
Bu barədə məlumat verən Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı qeyd edib ki, Mingəçevir şəhərində layihə çərçivəsində ilk tədbir 4 saylı tam orta məktəbdə keçirilib.Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Elşən Əliyev, şəhid Milli Qəhrəman Ruslan Muradovun atası Həmid Muradov , Qarabağ uğrunda döyüşlərin iştirakçısı və əlili Əliağa Bəndalıyev iştirak ediblər. Şagirdlərlə görüşdə qəhrəmanlıq mövzusunda söhbət aparılıb. Bu məktəbin məzunu , torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş Natiq Qasımovun nəsillərə örnək olan həyatından danışılıb. Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin layihəyə töhfəsi olan şəhid Natiq Qasımova həsr olunmuş “Adsız Qəhrəmanlar” filmi nümayiş olunub. Daha sonar diskussiya aparılıb. Milli Qəhrəman Ruslan Muradovun atası Həmid Muradov , Qarabağ uğrunda döyüşlərin iştirakçısı və əlili Əliağa Bəndalıyev , fərqlənən şağirdlər diplomlarla təltif ediliblər.
İkinci görüş aprel döyüşlərində həlak olan şəhid Adil Adilzadənın atası Kamran Adilzadə ilə olub.İctimai Birlik sədri şəhidin atasına minnnətdarlığını bildirib ki,vətən üçün belə oğul yetişdiriblər.
Daha bir görüş Mingəçevir Regional Resurs və Təlim Mərkəzində gənclər, müharibə veteranları, Qarabağ əlilləri və şəhid ailələri ilə olub. Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Sahib Əliyev də iştirak edib.Görüş zamanı Natiq Qasımovun , Milli Qəhrəman Ruslan Muradovun , aprel döyüşlərində şəhid olmuş Adil Adilzadənin qəhrəmanlığından söz açılıb. İctimai Birlik sədri qeyd edib ki, belə qəhrəmanların ailələrinə dövlət tərəfindən, xüsusi ilə cənab İlham Əliyev tərəfindən göstərilən qayğı və diqqət gənc nəslə örnəkdir. Aprel döyüşlərində həlak olan şəhid Adil Adilzadənın atası ilə görüşdüyünü , ailəinin mənzil, bank borcunun olduğunu, valideynlərinin sağlamlığında bir sıra problemlərin olduğunu qeyd edən İctimai Birlik sədri onu da qeyd edib ki, Mingəçevir şəhər İcra Hakimiyyətində qəbulda olan şəhidin atası Kamran Adilzadə problemlərin həllində köməklik göstəriləcəyinə söz verildiyini vurğulayıb.Mətanər Əsgərqızı onu da qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı şəhid ailələri qarşısında məsuliyyətini dərk etməlidir. Çünki hər bir məsələni dövlətin üzərinə qoymaq düzgün olmaz. Mətanət Əsgərqızı xüsusilə iş adamlarının bu yöndə əməli iş aparmalı olduqlarına diqqəti yönəltməyin vaxtı çatdığını qeyd edib. Daha sonra "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Mingəşevir şöbəsinin sədri Nizami Təhməzov və birliyin bir qrup üzvü“Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” adlı layihənin icrasında iştiraklarına görə plaket və diplomlarla təltif ediliblər.
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı Mingəçevir şəhər İcra Hakimiyyətində olub. Layihənin icrasına göstərdiyi dəstəyə görə İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova təşəkkür edib.O, Mingəçevir şəhərində şəhid ailələrinə və müharibə veteranlarına,əlillərə göstərilən qayğılardan danışıb. Mətanət Əsgərqızı öz növbəsində İctimai Birliyin gördüyü işlər barədə geniş məlumat verib. Daha sonra “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsinin icrasına dəstək olduğuna görə Mingəçevir Şəhər İcra Hakimiyyətinnin başçısı cənab Niyazi Bayramovu diplomla təltif edib.
Şərhlər