Mingəçevir və Yevlaxda ekologiyaya dair təlimlər keçirilib
13.06.2016 11:00 Sosreaksiya 1123
Şagird və tələbələr ətraf mühitin mühafizəsinə cəlb olunurlar
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati təşəbbüsü ilə Mingəçevir və Yevlax şəhərlərində “Sağlamlıq və ətraf mühit ” layihəsi üzrə təlimlər həyata keçirilib. Bu barədə Birlikdən verilən məlumata görə layihənin əsas məqsədi bu regionda ekoloji tarazlığı təmin edən fəaliyyətlərin dəstəklənməsi, ekoloji problemlərin aradan qaldırılması və şagird və tələbələrin ətraf mühitlə əlaqədar ekoloji maarifləndirməyə cəlb olunmasından ibarətdir.
Təlimlərdə hər iki şəhərin şagird və tələbələri, o cümlədən müvafiq icra hakimiyyəti nümayəndələri, təhsil və aidiyyatı qurumların rəhbərləri iştirak ediblər. Təlim və seminarlar təlimçi Nailə İsmayılova tərəfindən keçirilib.Təlimlərin əsas mövzusu - şagirdlərin və tələbələrin ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək, gənclərin bu sahədə intelekt və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq olub. Təlimlər zamanı müxtəlif müzakirələr və sorğular aparılıb. Sonda şagird və tələbələrə təlimlərin mövzularına dair test sualları paylanılıb. Qiymətləndirmədə seçilən şagirdlər mükafatlandırılıb və bütün iştirakçılara sertifikatlar paylanılıb.
Şərhlər