QHT gənclərlə iş aparacaq
17.06.2016 10:00 Sosreaksiya 1108
“ Aran” ekoloji maarifləndirmə İсtimai Birliyi Saatlı və Sabirabad rayonları ərazisində “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün gənclər arasında təbliğ və təşviqi” adlı layihəyə start verib. Layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilir.
Layihənin rəhbəri Şaban Nəsirovun bildirdiyinə görə, layihənin məqsədi Mədən sənayesində şəffaflığın nə demək olduğu və bu prosesin dövlətmizə, cəmiyyətmizə faydalarının əsasən gənc nəsil arasında təbliğ edilməsidir. Bu məqsədlə İctimai Birlik adıçəkilən rayonların ərazisində gənclərlə görüşüb bir sıra məlumatları onlarla paylaşacaq. Bu sahədə görülən və nəzərdə tutulan işlərin ictimai maarifləndirmə baxımından önəminin böyük olduğnu gənclərə arasında təbliğ və təşviq edəcək.
Layihə çərçivəsində mövzu ilə bağlı Dəyirmi Masalar təşkil olunacaq. Dəyirmi Masalarda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı gəncləri maraqlandıran, narahat edən suallara layihə rəhbəri, ekspertlər, bu prosesdə yaxından iştirak edən QHT təmsilçiləri cavab verəcək. Dəyirmi Masalarda həmçinin təşkilatın ekspertlərinin hazırladığı maarifləndirici materiallar gənclərə təqdim olunacaq və müzakirə ediləcək. Keçirilən hər bir tədbir qəzet və internet saytlarında ətraflı işıqlandırılacaq. Tədbirə, müvafiq dövlət idarələrinin mütəxəssisləri, yerli ekspertlər dəvət olunacaq.
Şaban Nəsirov qeyd edib ki, ilkin olaraq yerli icra orqanları ilə münasibətlər qurulub, müvafiq qurumlara məktubla müraciət olunub, onlar layihə ilə bağlı məlumatlandırılıbar. Bununla yanaşı bəzi yerli ictimai fəal insanlarla və gənclərlə görüşülüb, görüləcək işlər barədə onlara ilkin informasiya verilib və onların fikirləri alınıb.
Qeyd edək ki, “Aran” Ekoloji Maarifləndirmə İсtimai Birliyi artıq adıçəkilən bölgə üzrə bir sira layihələr həyata keçirib.
Şərhlər