QHT Quba rayonunda bir neçə tədbir həyata keçirib - FOTOLAR

20.06.2016 13:26     Sosreaksiya     1196

Əsgər Ailələrinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” adlı layihənin növbəti tədbirlərini Quba rayonunda icra edib.

Dərs ili sona çatsada layihə çərçivəsində bir qrup Bakı məktəblisini Quba Memorial Soyqırımı Kompleksinə ziyarətə aparacağını söz verən İctimai Birliyin sədri, layihənin rəhbəri Mətanət Əsgərqızının məlumatına görə Quba şəhər Uşaq Yaradıcılıq Mərkəzinin uşaqları ilə birgə ziyarət ediblər. Onun sözlərinə görə erməni vəhşiliklərinin nümunələrini öz gözləri ilə görən bu günün məktəblisi sabahın vətəndaşıdır. Belə faktlar onların yaddaşından silinməz. Lakin layihə rəhbəri onu da xüsusi vurğulayıb ki, bu kompleksdə video və foto çəkilişlərə qadağa qoymaq düzgün deyil. Çünki hər kəs bura gəlib çıxa bilmir. Lakin ziyarət edənlər bu faktlar ı doğmaları ilə bölüşsələr təbliğatımız daha effektli alınar.

Quba Regional Resurs və Təlim Mərkəzində Uşaq Yaradıcılıq Mərkəzinin uşaqları ilə görüşü davam etdirən Mətanət Əsgərqızı Quba Memorial Soyqırımı Kompleksinə ziyarət lə bağlı onların təəssüratlarını öyrənərək, qəhrəmanlıq mövzusunda söhbətlər aparıb. 2010-cu ilin iyun ayının 18-də düşmənlə qeyri-bərabər döyüşdə həlak olan Mübariz İbrahimovun bir qəhrəmanlıq məktəbi qoyduğunu vurğulayıb. Mübariz İbrahimova həsr olunmuş filmə tamaşa edən uşaqlar mövzu ətrafında maraqlı fikirlərini söyləyiblər. Bir qrup uşaq və Quba Regional Resurs və Təlim Mərkəzinin direktoru Eynulla Xeyrullayev layihəyə göstərdiyi dəstəyə görə diplomla təltif olunublar.

“Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” adlı layihə çərçivəsində üçüncü görüş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində keçirilib. İctimai Birlik 18 iyun tarixində Mübariz İbrahimovun şəhid olduğunu və onun vaxtı ilə məhz Daxili Qoşunlarda xidmət etdiyini nəzərə alaraq Zəmanəmizin Qəhrəmanı Mübariz mövzusunda diskussiya keçirib. Onun haqqında filmə tamaşa ediblər. Beş yüzdən çox əsgərin iştirak etdiyi tədbirdə onların fikirləri maraqlı olub. Onlar hər zaman vətən qarşısında borclarını unutmayacaqlarını, qəhrəmanlarımızın yolunu davam etdirəcəklərini qeyd ediblər. Tədbirin sonunda görüşdə fərqlənən əsgərlər Diplomla, hədiyyələrlə təltif olunublar.

Şərhlər

Çox oxunanlar