"Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün gənclər arasında təbliğ və təşviqi” adlı Dəyirmi Masa keçirirlib - FOTOLAR

21.06.2016 10:11     Sosreaksiya     1261

 

Saatlı rayonun Qırağlı kəndində "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün gənclər arasında təbliğ və təşviqi” adlı Dəyirmi Masa keçirirlib. "Aran" ekoloji maarifləndrmə İctimai Birliyi təşşəbbüsü ilə baş tutan tədbir Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilib. Tədbirdə gənclər, yerli ictimai xadimlər, bələdiyyə və yerli icra nümayəndələri iştirak edib.

Dəyirmi Masanı "Aran" ekoloji maarifləndirmə İctimai Birliyin sədri Nəsirəddin Kərəmov  açaraq  "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" barədə iştirakçılara ətraflı məlumat verib. O, bildirib ki, mədən sənayesində əldə edilən gəlirlərin aşkarlanması ictimaiyyət tərəfindən gəlirlər üzərində nəzarətin təşkili üçün şərait yaradır və sonda həmin gəlirlərdən daha səmərəli istifadə olunmasını təmin edir, korrupsiya və mənimsəmə hallarını azaldır. Ölkə bunun nəticəsi olaraq “ehtiyatların lənəti”nə məruz qalmaq riskindən uzaqlaşa bilir və beləliklə, dayanaqlı inkişafa və yoxsulluğun azalmasına zəmin yaranır. 

Layihə rəhbəri Şaban Nəsirov öz növbəsində tədbir iştirakçılarına geniş məlumatverib. O, ilk öncə beynəlxalq əhəmiyyətli Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün  (MHŞT) yaranmasından bəhs edib. Bildirib ki, Təşəbbüs 2002-ci ildə Cənubi Afrika Respublikasının İohannesburq şəhərində keçirilən dayanaqlı inkişaf üzrə Dünya Sammitində Böyük Britaniyanın baş naziri Toni Bleyer tərəfindən irəli sürülüb. Azərbaycan bu təşəbbüsə 2003-cü il iyunun 17-də qoşulub. Bu tarixdə Londonda keçirilən Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə həsr edilmiş konfransda Azərbaycan nümayəndə heyətinin başçısı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti İlham Əliyev çıxış edərək Azərbaycanın təşəbbüsə qoşulduğunu bəyan edib: "Təşəbbüsün məqsədi təbii ehtiyatlarla zəngin olan ölkələrdə şirkətlərin fəaliyyəti nəticəsində ehtiyatlar sahibi olan dövlətin qazancları barədə vətəndaşların məlumatlılığının artırılmasıdır. Məlumatlılığın artırılması həm hökumətin dövlət qurumları tərəfindən əldə etdikləri gəlirlərin aşkarlanması, həm də yerli mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlət qurumlarına ödənişlərinin elan edilməsi yolu ilə əldə olunur". 

Şaban Nəsirov Azərbaycanın MHŞT-yə qoşulan ilk dörd ölkədən biri olduğunu vurğulayıb. Qeyd edib ki, hazırda bu təşəbbüsə dünyanın 51 dövləti qoşulub. Bunların sırasında ABŞ, Böyük Britaniya, Almaniya, Norvec, İndoneziya, Fillipin və digər ölkələr var. Keçmiş sovet respublikalarından MHŞT-yə Azərbaycandan başqa Qazaxstan, Ukraina, Qırğızstan, Tacikistan da qoşulub.

Natiq layihənin gənclər arasında keçrilməsinin zəruri olduğunu  bildirib. Layihə rəhbəri neft gəlirlərinin böyük bir qisminin gələcək nəsil üçün nəzərdə tutulduğunu və hazırda gələn gəlirdən gənclərin inkişafına böyük bir pay ayrıldığnı Dəyirmi Masa iştirakçılarının diqqətinə çatdırıb. Gənclərin milli sərvətimiz olan neftdən gələn gəlirlərə maraqlanmasının vacib olduğnu qeyd edib: "Bu nəzarət ictimai nəzarət forması çərçivəsində edildikdə daha effektli olur. Vətənimiz neft, qaz və digər təbii sərvətlərlə zəngin ölkədir. Kimə mənsubdur Allahın bəxş etdiyi bu qiymətli ehtiyatlar? Bizim Ana Qanunumuzun–Konstitutsiyamızın 14-cü Maddəsinə əsasən təbii ehtiyatlar Azərbaycan Respublikasına mənsubdur. Yəni təbii ehtiyatlar Azərbaycan xalqının müştərək sərvətidir və hər bir Azərbaycan Respublikasının vətəndaşı bu müştərək sərvət barədə məlumat əldə etmək hüququna malikdir"

Natiq eyni zamanda  Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü nələri tələb edir?

Azərbaycanda MHŞT-nin tətbiqinə kim rəhbərlik edir?

Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü çərçivəsində hansı məlumatlar açıqlanır?

Məlumatlar necə açıqlanır və etibarlılığı necə təmin edilir?

kimi suallara ətraflı cavab verdi.

Çıxışdan sonra tədbir iştirakçılarının suallarına ətraflı cavablar verildi. Dəyirmi Masa iştirakçıları xüsusən bölgəələrdə bu yöndə informasiyaların əldə edilməsinin asan olmadığını qeyd ediblər.

Sonra tədbir iştirakçılarına iqtisadçı alim Sabit Bağırovun yardımı ilə hazırlanmış Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü -yerli və beynəlxalq təcrübəni özündə əks etdirən  broşüra paylanıb.

Sonda Ş. Nəsirov yerli bələdiyyə və icra təmsilçilərinə tədbirdə iştiraklarına görə təşəkkürünü bildirib və qeyd edib ki, bu təşkilatın dövlət qurumları ilə işini düzgün qurmasının nəticəsidir.

Şərhlər

Çox oxunanlar