"Əsgər Ailələrinə Dəstək" İctimai Birliyi növbəti tədbirini keçirib - FOTOLAR

29.06.2016 14:39     Sosreaksiya     1148

26 iyun tarixində saat 11.00-dan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələr günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı"gününün keçirilməsi üçün əmr imzalanıb. Biz də həmin tədbirlərdə iştirk etdik. Əsgər Ailələrinə Dəstək İctimai Birliyi Azərbaycan Silahlı Qüvvələrinin 98- ci ildönümü ilə bağlıb tədbiri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçirdi.Hərbi hissə komandiri valideynləri,İctimai Birliyin nümayəndələrini qəbul etdi. Yeməkxanaya,əsgər yataqxanalarına,əraziyə baxış keçirildi.Daha sonra tədbirin rəsmi hissəsi başladı.Hərbi hissənin orkestri Azərbaycanın Dövlət Himnini ifa etdi. N saylı hərbi hissənin komandir müavini Əbülfət Xəlilov Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin fəaliyyəti barədə məlumat verdi.İctimai Birliyin sədri Mətanət Əsgərqızı layihə çərçivəsində görülən işlərdən söz açdı. İctimai Birliyin sədri zabit və əsgərlərimizi bayram münasibəti ilə təbrik etdi.Qələbə müjdəsinin intizarı ilə yaşayan millətimizi sevindirəcəklərinə inandığını vurğuladı.Tədbirdə iştirak edən,layihənin informasiya dəstəyi olan Karabakhtoday,Reaksiya.az saytlarının rəhbərlərinə minnətdarlığını bildidrdi.”Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu” İctimai Birliyinin sədri Zaur Gariboğlu və Oktay Hacımusalı əsgərlərimizi təbrik edərək Azərbaycan oğlunun aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlarından söz açdılar.Belə layihələrin vətənpərvərlik tərbiyəsində önəmli olduğunu vurğuladılar. Tədbirdə vətənpərvərlik mahnıları və musiqilər səsləndi. Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı tədbirdə diskussiyada fərqlənən əsgərlərə və doğum günü olan zabitlərə hədiyyələr,bayraqlar, hərbi hissəyə isə ordumuzun uğurlarını əks etdirən baner bağışladı.

Şərhlər

Çox oxunanlar