Türkiyədə növbəti terror: 2 ölü, 15 yaralı

10.07.2016 13:11     Sosreaksiya     1199

Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Van vilayətinin Erciş mahalında jandarma məntəqəsi yaxınlığında bomba ilə dolu avtomobil partladılıb.

Hadisə nəticəsində bir əsgər və bir kənd qoruyucusu həlak olub, 10 əsgər və 5 kənd qoruyucusu yaralanıb. Əraziyə çoxlu sayda tibbi yardım briqadası göndərilib.

Terror aktının PKK təşkilatı tərəfindən törədildiyi bildirilir.

Şərhlər

Çox oxunanlar