“Ölkəmizdə 350 min vətəndaşı “5-ci kolon” hesab etmək olar...”

10.07.2016 16:12     Sosreaksiya     1303

“Hazırda respublikada ölkə üçün ənənəvi konfessiyalardan əlavə, rəsmən qeydə alınmış 65 dini təşkilat fəaliyyət göstərir. 250 dini qurum isə qeydiyyatsızdır. Bütün bu təşkilatlar dağıdıcı və çox təhlükəlidir. Sözügedən qurumlara 350 minə yaxın insan cəlb edilib...”

Reaksiya.az Moderator.az-a istinadən xəbər verir ki, bu sözləri erməni  nəşrlərindən birinə müsahibəsində “Destruktiv Sektaların Qurbanlarlna Kömək Mərkəzi”nin rəhbəri, dini məsələlər üzrə tanınmış erməni ekspert Aleksandr Amaryan söyləyib.
 
Onun sözlərinə görə, Ermənistandakı müxtəlif dini qurumlar, xüsusən qeydiyyata alınmayanlar əsasən xaricdən maliyyələşir: “Ermənistanda yalnız bir qurum  var ki, onun əsası Ermənistanda qoyulub- Yevangeliya kilsəsi. Qalanların əsası isə xaricdə- ABŞ, İsveç, Almaniya, Yunanıstan, Rusiya, Ukraynada qoyulub. Eləcə də Qazaxıstan, İran və Çindən maliyyəlləşənlər də var...”
 
Erməni ekspert Ermənistanda hökumətin bu sektalara nəzarət edə bilmədiyini vurğulayaraq deyir: “Onları “dövlət içində dövlət” adlanıdrmaq olar. Heç kəsin  həmin sektaların məkanına  daxil olmağa, sual verməyə, onları yoxlamağa ixtiyarı yoxdur. Və nə qədər ki, cəzasızlıq var və nəzarət mexanizmləri yoxdur, bu sektalar azad şəkildə fəaliyyət göstərir”.
 
A.Amaryanın sözlərinə görə, bu gün Ermənistanda elə sərhədyanı kəndlər var ki,  onların sakinləri bütövlükdə hansısa qeyri-ənənəvi dini cərəyana mənsubdurlar. “Bu isə hərbi əməliyyatlar zamanı böyük  problemlər yarada bilər...” 
 
Erməni QHT rəhbəri ölkə əhalisinin 10-15 faizinin dini sektalara cəlb olunmasını çox təhlükəli sayır:”Ermənistan hakimiyyəti  bu qurumların ölkədəki fəaliyyətinin mümkün nəticə və risklərini düzgün dəyərləndirmirlər. Artıq ölkəmizdə 350 min vətəndaşı “5-ci kolon” hesab etmək olar. Yəni, hər hansı ciddi bir insident zamanı 350 min erməni Ermənistan dövlətinə tabe olmayacaq və onları xaricdən maliyyələşdirənlərin əmrlərini icra edəcəklər. Bu isə rəngli inqilaba qədər gedəcək ağır  nəticələrə apara bilər...”

 

Şərhlər

Çox oxunanlar