Bakıda əmisigilə gedən 17 yaşlı qız yoxa çıxıb

10.07.2016 18:27     Sosreaksiya     1457

Bakıda 17 yaşlı qız itkin düşüb.

 

Reaksiya.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Yasamal rayon Əkbərov küçəsində yaşayan İkram Müslümov polisə müraciət edərək bildirib ki, qardaşı qızı, 1999-cu il təvəllüdlü Müslümova Səbinə İlyas qızı naməlum şəkildə itkin düşüb. 

Şikayətçi qeyd edib ki, qardaşı qızı keçən ay onlara qonaq gəlib və iyunun 28-də axşam saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.

S.Müslümovanın xarakterik əlamətləri polisə təqdim edilib. Onun tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində iş aparılır.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar