Sərnişinlərin diqqətinə: Bakıda 18 marşrut xəttinin yolu dəyişdirilir

10.07.2016 18:38     Sosreaksiya     1142

Yolun qısa müddətlik bağlanacağı bildilirir.

Bakıda daha bir yol təmirlə əlaqədar sürücülərin üzünə bağlanır. Bakı Nəqliyyat Agentliyindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 10-dan 11-nə keçən gecə Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairə (Dakar meydanı) avtonəqliyyat vasitələrinin hərəkəti üçün qısa müddətlik bağlanır.

Bununla əlaqədar 11, 12, 20, 22, 32, 35, 36, 40, 44, 49, 50, 51, 57, 62, 64, 70, 94, 214 nömrəli marşrut xətlərindən istifadə edən sərnişinlərin nəzərinə catdırılır ki, sürücülər hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə edəcəklər.

Təmir işləri ilə əlaqədar "Azəravtoyol" da sürücülərə xəbərdarlıq edib. Qurumdan bildirdilər ki, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri xahiş olunur.

Şərhlər

Çox oxunanlar