Bakıda zəncirvari yol qəzası baş verib

11.07.2016 11:40     Sosreaksiya     1131

APA-nın məlumatına görə, qəza rayonun Şərifzadə küçəsində qeydə alınıb. Belə ki, adıçəkilən küçə ilə hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü Zeynal Məmmədov işıqforun qırmızı işığında  dayanan İsmayıl  İsmayılova məxsus "Hyundai" markalı avtomobilə arxadan çırpılıb.

 

Qəza bununla da bitməyib. Zərbənin təsiri nəticəsində "Hyundai" qarşıda dayanan Cavid Əliyevin idarə etdiyi 39 saylı marşrut avtobusuna dəyib. Hadisə yerinə dərhal Yasamal Rayon DYP-nin əməkdaşları gələrək qəza ilə bağlı ilkin araşdırma aparıblar. 

 

İlkin ehtimala görə, hadisəyə "BMW" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Qəza zamanı avtomobillər yararsız hala düşsə də , xəsarət alan olmayıb.


 Faktla bağlı araşdırma davam etdirilir.

Şərhlər

Çox oxunanlar