“Neftçilər” metro stansiyasının keçidlərindəki təmir işləri yekunlaşıb
11.07.2016 13:05 Sosreaksiya 1393
Bakı metrosunun “Neftçilər” stansiyasının keçidlərində aparılan təmir işləri başa çatıb.Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O bildirib ki, “Neftçilər” metro stansiyasının hər iki keçidində təmir işləri artıq yekunlaşıb. Keçidlərin divarlarındakı üzlüklər dəyişdirilib.N.Paşayev qeyd edib ki, hazırda “Qara Qarayev” metro stansiyasının keçidlərində təmir işləri aparılır. Keçidlərdən birində artıq mərmərlərin düzülməsinə başlanılıb. Digər keçiddə də paralel olaraq təmir işləri davam etdirilir. O, təmir zamanı keçidlərin sərnişinlər üçün bağlanmadığını deyib.
Şərhlər