ƏN TƏHLÜKƏLİ İŞİD-çilər – Azərbaycanlı da var

11.07.2016 20:12     Sosreaksiya     1138

Türkiyənin Daxili İşlər Nazirliyi axtarışda olan ən təhlükəli 48 İŞİD terrorçunun adını elan edib. Onların arasında azərbaycanlı da var. Terrorçuların başına qoyulan pulun məbləği də açıqlanıb – 51 milyon lira (təqribən 27 milyon manata).

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, axtarışda olan terrorçular arasında Azərbaycan vətəndaşı olan qadın da yer alıb.
Adı siyahıda olan azərbaycanlı İŞİD-çı, 29 yaşlı Ülkər Məmmədova ötən ilin oktyabr ayının 10-da yüzdən çox insanın ölümünə səbəb olan Ankara terrorunu törətməkdə şüphəli bilinir.


Siyahında Azərbaycan vətəndaşı ilə yanaşı Qazaxıstan və Türkiyə vətəndaşları da yer alıb.
Terrorçuların əksəriyyəti Türkiyənin müxtəlif şəhərlərindəndir. Onlar təhlükəlik dərəcəsinə uyğun olaraq bölünüblər – göy (ən təhlükəli), yaşıl, narıncı və boz.

Ülkər Məmmədov göy rəngli təhlükə dərəcəsi ilə axtarışa verilib.


Türkiyənin Daxili İşlər Nazirliyinin bundan əvvəl yaydığı rəsmi siyahıda da Azərbaycan vətəndaşı Ülkər Məmmədovanın adı yer almışdı.
Həmin vaxt terrorçunun başına 200 min lirədən (təqribən 105 min manat) pul qoyulmuşdu. İndi isə bu rəqəm 500 min manata qədər artırılıb.

Şərhlər

Çox oxunanlar