İctimai Birlik sədri cəmiyyətə çağırış edib
11.07.2016 21:32 Sosreaksiya 980
Artıq günlərdir sosial şəbəkələrdə və mətbuatda aprel döyüşlərində həlak olmuş əsgər Elvin Mirzəyevin anası Gülnaz Mirzəyevanın şəhidin qəbirüstünün bu günə qədər düzəldilməməsindən şikayətlər səngimək bilmir. Təəssüf ki, daha iki şəhidimiz Xaçmaz şəhərindən olan Əmrah Yüzbəyovun və Elvin Qayıbovun da məzar daşları hələ də götürülməyib və ailələrinə diqqət göstərilmir...
Əsgər Ailələrinə Dəstək İctimai Birliyi şəhidlərimizə və şəhid ailələrinə qarşı edilən bu biganəliyi qınayır.İctimai Birlik bəyan edir ki, belə münasibət gənclərin vətənpərvərlik tərbiyəsinə mənfi təsir göstərir. Əgər nəzərə alsaq ki, bu gün müharibə şəraitində yaşayırıq, gənclərimizə daha çox vətənpərvərlik hissləri aşılanmalıdır, belə nümunələr onlarda biganəliyə gətirib çıxarar. Çünki vətənin müdafiəsinə qalxan hər kəs əmin olmalıdı ki, ailəsi qayğı ilə əhatə olunacaq. Şəhid ailələrinə qarşı belə münasibət göstərən məmurlaın hərəkətləri pislənməli və qınanmalıdı. Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı onu da qeyd etdi ki, aprel döyüşlərində həlak olan şəhidlərimizin ailələrinin bank, mənzil və s. problemləri var. Bir çox yerlərdə belə məsələlər həllini tapsada ümumən bu gün bəzi yerlərdə biganəlik var. Mətanət Əsgərqızı onu da qeyd etdi ki, Mingəşevirdən olan şəhid Adil Adilzadənin bank borcu məsələsinin həll olunmasına köməklik göstərsəkdə, mənzil məsələsi hələdə həllini gözləyir. Daha bir şəhid atasının şikayətini eşidəndə bir vətəndaş kimi utandım deyən Mətanət Əsgərqızı qeyd edib ki, İyulun 4 – də Cəlilabad rayon Muğan kənd sakini şəhid atası Hüseynov Dövlət Sefulla oğluna məxsus iki mərtəbəli yaşayış evi kənddə elektrik enerjisinin tez – tez yanıb sönməsi nəticəsində qısaqapanmadan yanaraq külə dönüb. Bununla da evdə yaşayan 15 nəfər küçələrdə qalıb.Şəhid atası ölkə başçısı cənab İlham Əliyevə və Cəlilabad rayon icra başçısı Əziz Əzizova müraciət edib.Qey edək ki, Dövlət Hüseynovun Qarabağ müharibəsində üç oğlu döyüşüb və bir oğlu Hilal Hüseynov 1994 – cü ildə itkin düşüb.
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı bir daha məmurlara müraciət edərək, dövlətin və şəxsən dövlət başçısı İlham Əliyevin şəhid və şəhid ailələrinə qayğısını nümunə gətirdi. İctimai Birlik sədri onu xüsusi vurğuladı ki, şəhid ailələrinə belə münasibət dövlətin bu yöndə gördüyü işlərə kölgə salmaqdır.
Şərhlər