Azərbaycanda televiziya rəhbəri öz işçisini döydü - İşçilər kütləvi etirazlara başlayıblar - Eksklüziv

11.07.2016 23:03     Sosreaksiya     1874

Tovuzda televiziya müdiri öz işçisi ilə mübahisə edib. Reaksiya.info xəbər verir ki, rayonda fəaliyyət göstərən Türkel Televiziyasının(TTV) müdiri Nadir Şəfiyev öz işçisi Vüqar Kərimovu döyüb. Məlumata görə, müdir səsyazma otağına gələrək işçiləri "qeyrətsiz" deyə təhqir edib. Daha sonra şirkətdə səs rejissoru vəzifəsində çalışan Vüqar Kərimova yumruq ataraq onunla əlbəyaxa olub. İşçilərin bir neçəsi təhqirlə bağlı müdirə etiraz bildirsə də, rəhbərlik onların bu etirazlarına məhəl qoymayıb. Daha sonra təhlükəsizlik kameralarından dava kadrlarının çıxarılacağından ehtiyat edən N. Şəfiyev şirkətdə İT Menecer vəzifəsində çalşan Asim Cəfərovu yanına çağıraraq kameraların gizli şifrələrini istəyib. Ardından isə həmin görüntülər kameranın yaddaşından silinib. Məsələ ilə bağlı saytımıza açıqlama verən Asim Cəfərov bunları deyib: "Mən bazar günü evdə idim. Mənə texniki direktor İskəndər Qafarov zəng vuraraq təcili kameraların parollarını istədi. Bilmədim, niyə soruşurlar. Amma səhəri gün işə gəldikdə teleşirkətdə dava hadisəsinin olmasını eşitdim. Mən parolları verməsəydim, müdiriyyət məni işdən ata bilərdi. Vəzifəmə uyğun olaraq öz müdirimin göstərişinə əməl etdim. Amma mən özüm bu davada olmamışam. Bir şey deyə bilmərəm".

Qeyd edək ki, ötən ay Türkel Televiziyadından 10-dan çoxi şçi öz işindən azad edilib.

Şərhlər

Çox oxunanlar