Beynəlxalq Gənclər Forumu başa çatdı - FOTOLAR

11.07.2016 20:55     Sosreaksiya     1033

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Gənclər və İdman Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) tərəfindən "Avropa Gənclər Paytaxtı - 2016” Gəncə şəhərində təşkil olunan "Gənclər Siyasətində Fəal İştirakşılıq” Beynəlxalq Gənclər Forumu öz işini başa vurmşdur.

Forumun bağlanış mərasimində AR Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, AR Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Gəncə şəhər İcra Hakimiyyəti Başçısının I müavini Elnur Rzayev iştirak etmişlər. 5 gün ərzində Forumun və onun panel müzakirələrinin fəaliyyətini yüksək qiymətləndirən İntiqam Babayev Azərbaycanda aparılan uğurlu gənclər siyasəti və ölkəmizdə keçirilən və gələcəkdə təşkil olunması nəzərdə tutulan beynəlxalq gənclər layihə və tədbirləri haqqında əcnəbi qonaqlara ətraflı məlumat verdi. Rəsmi qonaqlardan Fərhad Hacıyev və Elnur Rzayev ADTGT-nin bu layihəsini müsbət dəyərləndirərək, "Gəncə - Avropa Gənclər Paytaxtı 2016” çərçivəsində keçirilən beynəlxalq tədbirlərin ölkə gənclərinin inteqrasiyası və beynəlxalq və regional əməkdaşlığına böyük töhfələr verəciyini bir daha qeyd etdilər.

Sonra əcnəbi qonaqlar qısa olaraq bu beynəlxalq tədbirdə iştiraklarına, hərtərəfli şərait və dəstəyə görə ADTGT-yə və rəsmi qurumlara təşəkkürlərini bildirirək, layihənin uğurla həyata keçirildiyi bir daha vurğuladılar və rəsmi şəxslərə öz sual və təkliflərini yönəltdilər. 

12 ölkədən olan 24 gənc liderin və Azərbaycan təmsilçilərinin iştirak etdiyi beynəlxalq toplantının sonunda yekdilliklə Gəncə Bəyannaməsi qəbul olundu və sənəd hər bir əcnəbi ölkə nümayəndəsi tərəfindən imzalandı. Forumun bağlanışında rəsmi şəxslər tərəfindən iştirakçılara sertifikatlar təqdim olundu və xatirə şəkilləri çəkildi.

Xatırladaq ki, beynəlxalq layihə"Gəncə - Avropa Gənclər Paytaxtı 2016”kampaniyası çərçivəsində əcnəbi və milli gənc liderlərin iştirakı ilə müasir gənclər siyasəti, gənclərin fəal iştirakçılığı, gənclər işində qeyri-formal tədris, könüllülük, liderlik, beynəlxalq gənclər işi, gənclərin məşğulluğu və gənclər siyasətinin gücləndirilməsi istiqamətində müxtəlif tematik konvensiya və təcrübələrin müzakirəsi, mübadiləsi və qarşılıqlı tətbiqi imkanlarına dair fəaliyyət və tədbirləri özündə əks etdirən rəsmi plenar hissə ilə yanaşı 4 panellə təşkil olundu.

Layihə ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı 24.02.2016-cı il tarixli Gəncə şəhərinin "2016-cı il Avropa Gənclər Paytaxtı”seçilməsi ilə əlaqədar tədbirlər haqqında sərancamında, "Gəncə Avropa Gənclər Paytaxtı - 2016” ümumi tədbirlər planında və "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nda nəzərdə tutulan fəaliyyətlərə yönəlməsi baxımından çox əhəmiyyətli idi. 

 

Şərhlər

Çox oxunanlar