Şəmkirdə güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır

12.07.2016 01:05     Sosreaksiya     1160

Şəmkir rayonu, Çənlibel kənd bələdiyyəsinin nümayəndəsi Dağbəyi Həsənov virtualaz.org saytına açıqlamasında kəndə ciddi ziyan dəymədiyini, elektrik enerjisinin bərpa olunduğunu deyib: “Bizim kəndə dolu yağması hardasa iki-üç dəqiqə davam etdi. Evlərə, dam örtüklərinə ciddi xəsarət dəymədi. Artıq kəndə elektrik enerjisinin verilməsi bərpa olunub”.

Çənlibel kənd bələdiyyəsinin sədri Babək Əliyev bu il kəndə dördüncü dəfədir ki, dolu yağdığını deyib: “Nəticədə əkin sahələrinə ziyan dəyib. Hazırda vəziyyət stabildir”.

Şərhlər

Çox oxunanlar