ABŞ-da məhkəmə binasında silahlı iğtişaş baş verdi

12.07.2016 01:44     Sosreaksiya     1111

ABŞ-ın Sent-Cozef şəhərində (Miçiqan ştatı) məhkəmə binasında naməlum şəxs atəş açaraq iki nəfəri güllələyib. Bu barədə CNN məlumat verib.

Məlumata əsasən, atəş açan şəxs polis tərəfindən öldürülüb. Atışma zamanı bir polis əməkdaşı yaralanıb. Hadisənin digər təfərrüatları hələ ki, məlum deyil.

Faktı təsdiqləyən Miçiqan ştatının qubernatoru Rik Snayder bildirib ki, hadisə ilə əlaqədar araşdırmalar aparılır.

Şərhlər

Çox oxunanlar