QHT sədri: Belə məqamlarda hər birimiz çox diqqətli olmalıyıq!
12.07.2016 10:05 Sosreaksiya 879
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı terror təhdidləri ilə bağlı vətəndaşlarımızı diqqətli olmağa çağırdı.
Əziz dostlar, əziz həmvətənlər!
Son günlər yayılan informasiyalar, Azərbaycanda terror təhdidi kimi məlumatlar vətəndaş kimi bizləri narahat etməyə bilmir. Belə məqamlarda hər birimiz çox diqqətli olmalıyıq. Dövlətimizin , vətəndaşlarımızın təhlükəsizliyi naminə ətrafımıza, tanıdığımız və tanımadığımız insanlara qarşı həssaslıqla yanaşmalı,şübhəli əşya və insanlar gördükdə aidiyyəti təşkilatlara məlumat verməliyik. Çünki hər birimizin sayıqlığı özümüzün, vətəndaşlarımızın,dövlətimizin əmin-amanlıqda olması deməkdir!
Şərhlər