Bakıda 20 yaşlı tələbə dənizdə boğuldu
12.07.2016 10:30 Sosreaksiya 1367
Bakıda 20 yaşlı tələbə dənizdə boğulub.
APA xəbər verir ki, hadisə Xəzər dənizinin Pirşağı qəsəbəsi ərazisində baş verib.
Oğuz rayonunun Bucaq kənd sakini, Azərbaycan Texniki Universitetinin tələbəsi, 20 yaşlı Şaban İsgəndərli iyulun 5-də son imtahanını versə də, rayona qayıtmayıb.
Bakının Binəqədi rayonu ərazisində xalasıgildə yaşayan Şaban İsgəndərli valideynlərinə bildirib ki, bir fakültədən digərinə köçürülmək istəyir və bu səbəbdən Bakıda daha bir neçə gün qalmalıdır. İyulun 9-da 20 yaşlı tələbə xalasına dənizə getmək istədiyini bildirib. O, xalasının etirazlarına baxmayaraq, 60 qəpik götürərək evdən çıxıb.
Meyit sudan çıxarıldıqdan sonra Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə aparılıb. Şaban İsgəndərlinin yaxınlarına xəbər verilib və onlar gənc tələbəni tanıyıblar.
Meyit ötən gecə ailə üzvlərinə təhvil verilib və dəfn olunmaq üçün Oğuz rayonunun Bucaq kəndinə aparılıb.
Qeyd edək ki, Şaban İsgəndərli atasını tez itirib və anasının himayəsində qalıb.
Şərhlər