İtaliyada iki qatar toqquşub, onlarla ölən və yaralanan var

12.07.2016 17:50     Sosreaksiya     1079

İtaliyanın cənubunda, Apuliya vilayətində iki qatar toqquşub.
 
"Reaksiya.az" xəbər verir ki, bu barədə İtaliya KİV-i məlumat yayıb.
 
Bildirilir ki, hadisə bir müddət əvvəl Baridə (Apuliya vilayətində) Andriya və Korato yaşayış məntəqələri arasında baş verib.
 
Təcili yardım və xilasetmə xidmətləri hazırda hadisə yerindədir.
 
Azı 10 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.
 
Regional dəmir yolu xətti üzrə hərəkatı dayandırılıb.

Şərhlər

Çox oxunanlar