Aprel döyüşlərində şəhid olan pilotun adı əbədiləşdirildi

13.07.2016 11:28     Sosreaksiya     958

Bu ilin aprelində Qarabağda baş verən bir neçə günlük şiddətli döyüşlər zamanı qəhrəmancasına həlak olan hərbi pilotlarımızdan Əbubəkr İsmayılovun adı əbədiləşdirilib.

Şəhidin adı doğulub boya-başa çatdığı Kürdəmir şəhərinin mərkəzi küçələrindən birinə verilib. Artıq küçədə şəhidin adının həkk olunduğu lövhələr bərkidilib.

Qeyd edək ki, Ə.İsmayılov Kürdəmirdə dəfn edilib.

Şərhlər

Çox oxunanlar