Millət vəkili Q.Paşayeva Qovlar şəhərində "Qarabağ həqiqətlərinin yayılmasında gənclərin rolu" adlı tədbir keçirib - FOTOLAR

13.07.2016 17:07     Sosreaksiya     3324

Millət vəkli Qənirə Paşayeva Qovlar şəhərində "Qarabağ həqiqətlərinin yayılmasında gənclərin rolu" adlı tədbir keçirib və məktəblilərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söhbətlər edib. Q.Paşayeva hər bir gəncimizi orta məktəb illərindən tariximizi, Azərbaycan həqiqətlərini,ədəbiyyatını, mədəniyyətini yaxşı öyrənməyə çağırıb. O, bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini, dilini, mədəniyyətini, ədəbiyyatını, həqiqətlərini yaxşı bilməlidir və təbliğ etməlidir. Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva onlara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar verib və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir. Mən hesab edirəm ki, gənclər tələbə adını qazanmaq üçün bütün qruplar üzrə riyaziyyat fənni ilə bərabər, Azərbaycan tarixi fənnindən də imtahan versələr yaxşı olar deyən millət vəkili Qənirə Paşayeva bu təklifi bir neçə dəfə səsləndirdiyini deyərək bildirib ki, Azərbaycan dili, tarixi, ədəbiyyatı və coğrafiyası hər bir gəncimizin ən yaxşı oxuduğu fənlər olmalıdır söyləyib. Qənirə Paşayeva görüşdə iştirak edən hər bir məktəbliyə Azərbaycan tarixi, işğal altında olan torpaqlarımızla bağlı kitablar, eyni zamanda Azərbaycan və dünya ədəbiyyatı ilə bağlı, müxtəlif sahələri əhatə eddən kitablar, əsərlər hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. O, uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamandan faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verlişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”Tədbirdə çıxış edən məktəbin direktoru Rəhilə Həsənova, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, TUMİB İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə də geniş çıxış edərək gəncləri tariximizi, Qarabaö həqiqətlərini öyrənməyə və təbkiğ etməyə çağırıblar. Tədbirdə gənclərlə geniş fikir mübadiləsi də aparılıb.

Şərhlər

Çox oxunanlar