Qadınların sağlamlığında maarifləndirmə işi çox vacibdir

15.07.2016 17:33     Sosreaksiya     1011

İyulun 15-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında reproduktiv sağlamlıqla bağlı maarifləndirmə tədbirində iştirak ediblər.

Reaksiya xəbər verir ki, kitabxana işçilərinin qatıldığı tədbir “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planının 7.1-ci bəndinə müvafiq olaraq təşkil olunub.

Tədbirdə İSİM-in əməkdaşı insan orqanizmində hormonal pozulmalar və bu sahədə görüləcək profilaktik metodlar barədə məruzə ilə çıxış edib. Eyni zamanda, “Qadının reproduktiv sisteminə hormonların təsiri” və “Qalxanabənzər vəzin qadın sağlamlığında rolu" mövzularında məruzələr dinlənilib.

Qadınların sağlamlığında maarifləndirmə işinin vacib olduğunu söyləyən məruzəcilər hamiləlik və klimaks dövründə qadının endokrin sistemində baş verən pozulmaların səbəbləri və əlamətlərindən danışıblar. Çıxışlarda vaxtında aparılan profilaktik tədbirlərin xəstəliyin müalicəsindən daha asan olduğunu vurğulanıb.

Sonda tədbir iştirakçıların sualları cavablandırılıb.

Şərhlər

Çox oxunanlar