Beynəlxalq Antiişğal Forumu (İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forum) bəyanat yaydı

16.07.2016 23:34     Sosreaksiya     933

Beynəlxalq Antiişğal Forumunun Mətbuat Xidmətindən Reaksiya.az-a verilən məlumata görə Beynəlxalq Antiişğal Forumu (İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forum) BƏYANAT yaydı. Bəyanatda göstərilir:

 Türkiyədəhakimiyyəti güc yolu ilə dəyişdirmək,dövləti zorla ələ keçirmək cəhdləri qətiyyətlə pislənilir: " Azərbaycanlılar hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyə xalqının və dövlətinin yanındadır" - deyə bəyanatda vurğulanır.

Beynəlxalq Antiişğal Forumu bəyanatında Türkiyənin demokratik  dövlət kimi bundan sonra da qarşıya çıxan bütün maneələri uğurla dəf edəcəyinə inam ifadə edilib. " Dövləti zorla ələ keçirmək cəhdlərinin  qarşısının alınması zamanı canlarından keçmiş qardaşlarımıza Allahdan rəhmət diləyir, onların yaxınlarına və bütün Türk xalqına başsağlığı veririk. Tarix növbəti dəfə böyük Türk xalqının öz dövlətinə və Vətəninə nə qədər sadiq oldğunun şahidi oldu!" - bəyanatda belə deyilir.

Şərhlər

Çox oxunanlar