“Fəlsəfəçilər Akademiyası” ilk tədbirini keçirdi - FOTOLAR

18.07.2016 02:44     Sosreaksiya     1578

2011-ci ildə BDU-nun fəlsəfə ixtisasının bir qrup tələbəsi tərəfindən təsis edilən və bu gün “Fəlsəfəçilər Akademiyası” kimi tanınan intellektual klubun gəncləri ilk tədbirlərini ədəbiyyat adamları ilə ortaq diskussiyaya həsr etdi. Daha öncə də Feysbukda və Tvitterdə canlı yayımlar edən, diskussiyalar açan gənclər məqsədlərinin sadəcə fəlsəfəni populyarlaşdırmaq deyil, həm də ədəbi, iqtisadi, kültürəl bir çox problemin kökündə fəlsəfi şüurun anlaşılmamasının olduğuna inanırlar.

İlk tədbirdə şair Bəxtiyar Əlirzayevlə görüş keçirildi. Tədbirdə şair həm “Sosial-Mənəvi Çöküş” mövzusunda gəncləri maraqlandıran suallara cavab verdi, həm də ən sevilən şeirlərini səsləndirdi.

Bundan başqa görüşə qatılanlar arasında şair  Səlim Babullaoğlu, Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə, blogger Rəşad Babalı da maraqlı diskussiyalar apardı.

Gənclər belə görüşlərin ədəbiyyat adamları ilə mütəmadi keçiriləcəyini vurğuladılar.

Bu layihə ilə yeni dövrün yazarları ilə görüşlər keçirmək, müxtəlif mövzular ətrafında müzakirə aparmaq və yaradıcılıqları ilə tanış olmaq nəzərdə tutulur.

Bundan əlavə gənclərin təsis etdiyi electron kitabxanada 1 ay ərzində yüzlərlə elmi-fəlsəfi kitablar yığılıb.

Növbəti tədbirləri buradan izləyə bilərsiz:

https://www.facebook.com/AkademiyasF/

Şərhlər

Çox oxunanlar