Kəlbəcərli məcburi köçkün ailəsi çox acınacaqlı vəziyyətdədir - FOTOLAR

18.07.2016 14:42     Sosreaksiya     4320

Reaksiya.az xəbər verir ki, Arazmediaz.az-a, Bərdə rayon Şatırlı kəndində avtomobil qarajında məskunlaşan Kəlbəcər rayonundan məcburi köçkün düşmüş Yusifovlar ailəsi müraciət edib.

Müraciətdə bildirilir ki, həmin ailə 4 nəfərdən ibarətdir. Ailə başçısı, yəni ata ağ ciyər xəstəsidir artıq xəstəliyi çox irəlilədiyi üçün ayağa qalxa bilmir. Böyük oğul vətənə borcunu ödəmək üçün hərbi xidmətdədir. Ailə başçısının iş qabiliyyəti olmadığından ailəyə kiçik oğlu və həyat yoldaşı soğan yığaraq baxırlar. Ağır xəstənin bəzi dərmanlarını almağa belə ailənin imkanı yoxdur. Qarajın yeri artıq müəyyən şəxslər tərəfindən özəlləşdirilib də. Ancaq ailə orada yaşadığı üçün evi qarajın qarşısında tikiblər. Kəlbəcərli bu məcburi köçkün ailəsi redaksiyamızdan xahiş edir ki, ailənin bu vəziyyətini işıqlandıraq ki, bəlkə aid şəxslər onların fəryadını eşidib, şəraitsiz avtomobil qarajından çıxarılaraq normal mənzilə köçürülməsinə köməklik etsinlər.

Araz Media qəzeti və saytı olaraq, Kəlbəcəcər və Bərdə rayonun rəhbərliyininə, eyni zamanda hər iki rayonun deputatlarına üzümüzü tutub deyirik ki, bu ailəyə kömək etsinlər. Axı, onlar öz keflərindən didərgin düşməyiblər. Axı, onların oğlu bu dəqiqə səngərdə əli silahlı vətənin keşiyindədir.

Bu ailənin problemini gündəmdə saxlayacağıq.

 

 

Şərhlər

Çox oxunanlar